Anbar bölməsinin müdiri

  • A2Z Technologies
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 05.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Mərkəzi və digər anbarlarda iş prosesini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək;
  • Anbarlarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan işçi heyətdən bunu tələb etmək;
  • Satış zamanı və ya sifarış tələbi əsasında anbardan məhz nəzərdə tutulan malın çıxışını təşkil etmək;
  • Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
  • Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və bu barədə Təchizat şöbəsinin müdirini vaxtında məlumatlandırmaq;
  • Anbar əməliyyatlarını davamlı olaraq daxili ERP sistemində qeydiyyata almaq.

Tələblər:

  • Məsuliyyətlilik və cavabdehlilik
  • Punktuallıq və liderlik
  • Azərbaycan dili səlis nitq, rus dili yaxşı
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi
  • İT məhsullarla iş təcrübəsi və biliyin olması üstünlükdür
  • Yaxşı səviyyədə kompüter bilikləri ( 1C 8.3, MS Word, Excel)

Biz nə təklif edirik:

  • Karyera perspektivi və özünü inkişaf imkanları
  • Mehriban və ruhlandırıcı iş mühiti və kollektiv
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq. 

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını göndərin.

İşəgötürənin reytinqi