İşin təsviri
Vəzifə öhdəlikləri:
- Hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması;
- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi;
- Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi;
- İlkin sənədləşmədən sonuncu hesabatlara kimi bütün mühasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması;
- Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması;
- Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisas qrupu, riyaziyyat və mexanika ixtisasları üzrə ali təhsil);
- Sahə üzrə 2-3 il iş təcrübəsi;
- İFRS və beynəlxalq audit standartları üzrə biliklər;
- “ACCA”, “CİA” üzrə sertifikatlar üstünlükdür;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Azərbaycan dilini mükəmməl bilməli, İngilis dili və Rus dili bilikləri üstünlükdür,
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Maliyyə auditi” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.