Mühasib

  • Tikinti şirkəti
  • Elanın qoyulma tarixi: 30.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Bütün muhasibatlıq əməliyyatları üzrə daxili və xarici mal,iş və xidmətlərin alışı,satışı və silinməsi işlərinin icrası, 
  • Əmək haqqı və Əmək haqqına bərabər tutulan bütün ödənişlərin  hesablanması, ödənilməsi, eyni zamanda  DSMF və 1 əmək statistika hesabatının verilməsi.
  • Əsas vəsaitlərin uçotu. Amortizasiya və təmir xərclərini hesablanması. Təmir xərclərinin qüsur quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının uçota alınması.
  • İnternet banking vasitəsi ilə bütün bank əməliyyatlarının icrası və 1c proqramında işlənilməsi.
  • Nağdsız hesablaşmalar haqqında qanun tələbinə uyğun olaraq kassa əməliyyatlarının icrası.
  • İstehsalın uçotu (istehsal məhsulunun spesfikasiyalarının hazırlanması, hazır məhsul anbarına nəzarət).
  • E-taxes, E-gov.az, E-custom portallarından istifadə.
  • Tikinti layihələri üzrə material və sair xərclərin texniki uçot və F2-lər üzrə silinməsi. 
  • Yuxarıda sadalanan bütün mühasibatlıq əməliyyatlarının müvafiq sənəd proseduru və kargüzarlığın icrası eyni zamanda əməliyyatların 1C proqramında işlənilməsi.
  • DSMF, ÖMV, Sadələşmiş, Əmlak, Torpaq və ƏDV vergi bəyannamələrinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyatı quruma göndərilməsi, eyni zamanda Gəlir və Mənfəət vergi bəyannamələrin hazırlanmasına baş mühasibin tapşırıqları əsasında dəstək olmaq. 

İş yeri: Nərimanov,Ə.Rəcəbli-2 küç,1

İş rejimi: 6 günlük (09:00-17:00) 

Əmək haqqı: 1000 AZN 

Nahar şirkət tərəfindən ödənilir.

Əlaqə nömrəsi: +994 50 443 86 46

Tikinti şirkəti tərəfindən digər vakansiyalar