İşə Qəbul üzrə Aparıcı Mütəxəssis

  • Agro-West DC LLC
  • Elanın qoyulma tarixi: 28.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
  • Daxil olan müraciətləri təhlil etmək;
  • Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
  • Uğurlu namizədlərlə bağlı referansların alınması;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
  • Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
  • Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak;

Tələblər:

  • Təhsil: Ali təhsil 
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (Retail və FMCG sahələrində çalışmış namizədlərə üstünlük veriləcəkdir);
  • İşə qəbul müsahibələrinin aparılması bacarığı;
  • Danışıqlar aparma bacarığı, səlis danışıq və qərarvermə qabiliyyəti;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • İş rejimi 5 günlük;
  • Nahar və telefon danışıqları şirkət tərəfindən qarşılanır.
  • İş yeri: Bakıxanov qəs., B. Bünyatzadə küç.;
  • Əmək haqqı: 1000 AZN (net).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İşə qəbul üzrə aparıcı mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.