İR mütəxəssis / aparıcı mütəxəssis

  • Bestcomp Group
  • Elanın qoyulma tarixi: 23.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Performans İdarəolunmasına dair proqram, strategiya, siyasət, prosedur, proses, təlimat və departamentlərin performans məsələlərinin inkişafı üçün vasitələrin hazırlanmasında, tərtibatında, saxlanmasında və icrasında iştirak etmək
  • Performans idarəetmə prosesini hazırlamaq, həyata keçirmək və izləmək
  • Hədəfi təyin etməklə, yarımillik izləmə və il sonu qiymətləndirmə prosesini həyata keçirməklə fərdi, komanda və təşkilati inkişafa dəstək vermək
  • Təşkilat səviyyəsində performansın idarəedilməsi və performansın təkmilləşdirilməsi proqramlarını idarə və koordinasiya etmək 
  • Şirkətimizin korporativ mədəniyyətinə və fəaliyyətinə müsbət təsir göstərmək üçün işçilərin və rəhbərliyin bütün səviyyələri üçün təşkilat səviyyəsində performans fəaliyyətini inkişaf etdirmək və idarə etmək;
  • Effektivliyin əsas göstəricilərini (KPİ) özündə əks etdirən qiymətləndirmə sisteminin təşkilində iştirak etmək;
  • İşçilərin şirkətə bağlığını və işçi məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularının həyata keçirilməsi;
  • Komanda və fərdi hədəflərin qoyulması proseslərinin təşkilinin və icrasının təmin edilməsi;
  • Əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi;
  • Səriştəlilik əsaslı qiymətləndirmə proseslərinin həyata keçirilməsi;
  • Fərdi İnkişaf Planlarının formalaşdırılması üzrə işlərin həyata keçirilməsi;
  • Təlim və inkişaf ehtiyaclarının təhlili və müəyyən edilməsi 
  • Təlimlərin təşkili və effektivliyinin qiymətləndirilməsi 
  • Bütün nəticələri təlim verilənlər bazasına daxil etmək və yenilənmiş məlumatların mövcüd olmasını təmin etmək
  • Sorğuya əsasən şirkət işçiləri üçün müvafiq təlimlərin təşkilində köməklik etmək
  • Təlim və inkişaf istiqamətinin fəaliyyətləri ilə bağlı bütün proseslərin həyata keçirilməsinə dəstək göstərmək
  • Yerli və xarici bazarda təlimçilərin və vendorların araşdırılması;
  • Təlimin öncəsi və sonrası sorğuların aparılması, təlimin ümumi qiymətləndirilməsi və hesabatlılığın aparılması;

Davranış bacarıqları:

  • Komandada çalışma bacarığı
  • Ünsiyyətcillik, çeviklik
  • Güclü İş Etikası
  • Təqdimat bacarığı
  • Problemləri həll etmə bacarığı
  • Danışıqlar aparmaq bacarığı
  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Xüsusi tələblər:

  • Təhsil: Ali təhsil (İnsan Resurslarının idarəolunması, sosial elmlər, biznes idarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır) 
  • Təcrübə: İnsan Resursları sahəsində min 3 il iş təcrübəsi (performans qiymətləndirilməsi, karyera planlaması, təlim və inkişaf sahələrinə üstünlük veriləcək)
  • Komputer bacarıqları: Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı (Excel və Power Point yaxşı səviyyədə)
  • Dillər: Azərbaycan-dili əla, rus-dili və ingilis-dili yaxşı səviyyədə (danışıqlar və təqdimatlar etmək)

İşəgötürənin reytinqi