İnsan resursları üzrə mütəxəssis

  • Landau School
  • Elanın qoyulma tarixi: 22.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • E-mas sistemində əməliyyatların icra edilməsi
  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqların hazırlanması, əmək müqavilələrinin hazırlanması
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı
  • Məlumat bazasının mütəmadi yenilənməsi
  • E-gov portalında əməliyyatların icra edilməsi
  • Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı
  • Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması
  • Əmək kitabçalarında qeydlərin aparılması
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
  • Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi
  • Mövcud vakansiyaları təhlil etmək,elanları hazırlamaq və yerləşdirmək
  • Aktiv vakansiyalar üzrə namizədlərin axtarışı və müsahibələrin təşkili
  • Təlimlərin təşkil olunması

Tələblər:

  • Ali təhsil
  • Ən azı 3 il İnsan Resursları üzrə mütəxəssis vəzifəsində iş təcrübəsi
  • Microsoft Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı
  • Azərbaycan və Rus dili biliyi
  • İngilis dili biliyi arzuolunandır

İşəgötürənin reytinqi