SƏTƏM üzrə mütəxəssis

  • Novator Pharma
  • Elanın qoyulma tarixi: 22.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun təlimat Jurnallarının tərtib edilməsi;
  • Müəssisənin fəaliyyətinə uyğun vəzifələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün növ təlimatların (Giriş,ilkin,elektrik, yanğın təhlükəsizliyi, və s.) işlənib hazırlanması;
  • Əməyin mühafizəsi üzrə Giriş təlimatının keçirilməsi (Ofis təhlükəsizliyi, yanğın təhlükəsizliyi,Elektrik təhlükəsizliyi, ilk yardım);
  • Təxliyyə planının hazırlanması və işçilərə bu barədə təlimat keçirilməsi;
  • Yanğın təhlükəsizlik qaydalarının hazırlanması;
  • İşçilərin əməyin mühafizəsi üzrə biliklərin yoxlanılması üçün testlərin hazırlanması;
  • İşçilərin əməyin mühafizəsi üzrə biliklərin yoxlanılmasının təşkil edilməsi üçün sənədləşmə (müvafiq protokollar, Əmrlər və s.);
  • Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etməsi;
  • İşçilərin əməyin mühafizəsi üzrə qaydala riayət etmələsinə nəzarət etməsi;
  • Təhlükələrin müəyyən olunması və Risklərin Qiymətləndirilməsi vərəqinin hazırlanmaslı (Risk Assessment Sheet);
  • Risklərin azaldılması üzərində işlərin aparılması və qalıq risklərin idarə edilməsi (Risk Management)
  • Əməyin mühafizəsinə dair illik tədbirlər planının hazırlanması;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi.

Namizədə tələblər:

  • Ali təhsil, müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
  • Sətəm mühəndisliyi üzrə sertifikatı olmalıdır;
  • Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-6 günlər saat 09:00-18:00 (altıncı gün yarım iş günü)
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 700 manat

Maraqlı olanlar CV-ni “Sətəm üzrə mütəxəssis” başlığı ilə göndərə bilər.

Əlaqə nömrəsi +994512018870 Adilə xanım.