Tibbi Nümayəndə

  • Novator Pharma
  • Elanın qoyulma tarixi: 05.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Təcrübə tələb olunmur. Sizə ödənişsiz qaydada, ümumi tibbi və marketinq kursları keçirilir.
  • Müsabiqədən keçmis və sınaq müddətini uğurla başa vurmuş şəxslər AR Əmək Məcəlləsinə uyğun elektron sənədləşdirilir.
  • Aylıq məvacib: Başlanğıc 600 AZN (Maaş sizin iş təcrübənizdən, staj və potensialınızdan asılı olaraq 1500 AZN-ə dək dəyişə bilər)
  • Yemək şirkət tərəfindən verilir. (Hər gün fərqli menyu)
  • İldə bir dəfə məzuniyyət verilir.
  • İldə iki dəfə maaş artımı tətbiq olunur. 
  • Maaşdan əlavə nəticələrinizə görə əlavə mükafatlar almaq imkanınız vardır.
  • İş vaxtı nümayəndələr uzaq ərazilərə şirkət tərəfindən təyin olunan avtomobillərlə çatdırılır.
  • İş qrafiki: həftənin 5 günü 08:30-dan -18:00-dək (6-cı gün qısa iş günüdür)

Görüləcək işlər:

  • Şirkətin məhsullarını tibbi müəssisələrdə və apteklərdə həkim və əczaçılara tanıtmaq
  • Şirkətdə verilmiş təlimatları və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək

Namizədə tələblər:

  • Ali və ya orta təhsil
  • Tələbə olmaması
  • Təqdimat aparmaq bacarığı
  • Məsuliyyətli və ünsiyyətcil olmaq
  • Çeviklik və işgüzarlıq

CV-lərinizi mail adresimizə göndərə bilərsiniz.

Əlaqə nömrəmiz (051 201 88 87) həftənin 5 günü (I-V) saat 09:00-dan 18:00-a kimi aktivdir. Zəhmət olmasa bu vaxt aralığında əlaqə saxlayın

İş görüşməsinə gələn namizədlər klassik geyimdə olmalıdır.