Kiçik İR Biznes Patrnyor (Müvəqqəti)

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 19.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Vəzifə təlimatların hazırlanması və saxlanılması
  • İstedadların cəlb olunması üçün tələblərin qiymətləndirilməsi, kadr seçimi zamanı menecer ilə tərəfdaşlıq 
  • Əməkhaqqı təşəbbüslərinin layihələndirilməsi, icrası və idarə edilməsində iştirak
  • Əməkdaşların inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyacları təhlilinin (DNA) düzgün aparılması üçün birbaşa rəhbərin istiqamətləndirilməsi
  • Fəaliyyət qiymətləndirməsi prosesinin idarə edilməsi: hədəflərin təyini, yarım illik baxış, 360 qiymətləndirmə, illik qiymətləndirmə və mükafatlandırma
  • Əmək münasibətləri məsələlərinin həll edilməsi
  • Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak etmək, təkliflər vermək və sənədləşmədə kömək etmək
  • İR layihələrində aktiv iştirak etmək
  • Strateji işçi qüvvəsinin qiymətləndirilməsi / seçimi / irəli çəkilməsi məqsədilə daxili və xarici namizədlər üçün qiymətləndirmə mərkəzi və vasitəsindən istifadə etmək

Sizdən nə tələb olunur?

  • Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
  • Tələb olunan iş təcrübəsi: minimum 1 il (işə qəbul, təlim və ya digər İR sahələri)
  • Xarici dillər: İngilis (səlis), rus (səlis)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Bütün İR transformasiya prosesləri (İşə qəbul, Fəaliyyətin qiymətləndirilməsi, Təlim və İnkişaf, Güzəşt və Mənfəət)
  • Bazar üzrə biliklər: Əmək məcəlləsi
  • Başqa tələblər: Güclü ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

İşəgötürənin reytinqi