Mühasib

  • Embafinans
  • Elanın qoyulma tarixi: 06.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BOKT “EMBAFİNANS”

Bank Olmayan Kredit Təşkilatı “EMBAFİNANS” 2012-cı ildən müştərilərinin xidmətindədir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı fəaliyyətə hədəflənmişdir. “EMBAFİNANS” BOKT “ mühasib” vakansiyası elan edir:

Əsas vəzifə və öhdəliklər:

• Cəmiyyətin bütün mühasibat əməliyyatlarının gündəlik uçotunu aparmaq;
• Cəmiyyətin dövrü maliyyə hesabatlarını hazırlamaq;
• Gündəlik olaraq, bank hesabları və nağd pulun hərəkəti üzərində nəzarəti təşkil etmək;
• Kassanın açılması, bağlanması və kassa əməliyyatları üzərində nəzarəti təşkil etmək;
• Kredit ödənişlərinə nəzarət etmək; 
• Satınalmalar üzrə müqavilələrin uçotunu aparmaq, icrasına nəzarət etmək;
• Əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə hesablamaları və uçotu aparmaq;
• Ödəniləcək vergiləri və sığorta ayırmalarını hesablamaq və ödənilməsini təmin etmək;
• Mühasibat uçotu və hesabatlığa aid digər funksiyaları həyata keçirmək;
• Baş mühasibin mühasibat uçotu və hesabatlıqla bağlı digər tapşırıqlarını icra etmək.

Tələb olunan keyfiyyətlər:

• Ali, iqtisadi təhsil;
• MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.);
• 1C: Müəssisə 8.2;
• Azərbaycan dili mükəmməl (rus və ingilis dillərini bilmək üstünlük sayılır);
• Bank və ya bank olmayan kredit təşkilatında mühasibat sahəsi üzrə ən azı 2 il təcrübə;
• Yaş həddi: 23-30;
• Yalnız xanımlar.

Əsas bacarıqlar:

• Təşkilatçılıq və peşəkarlılıq;
• Yüksək konfidensiallıq və etibarlılıq;
• Strateji düşüncə və analitik qabiliyyət;
• Əlaqələndirmə və nəzarət edə bilmə qabiliyyəti;
• Gərgin iş qrafikində işləyə bilmə;

Müracət və seçim qaydaları:

CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir.

Email göndərərkən Mövzu (Subject) hissəsində müraciət olunan vakansiya mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.

Sənədlərin son qəbul tarixi: 07 Avqust 2013.

Yalnız ilkin seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə çağırılacaq.

Lütfən qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.
Lütfən telefon vasitəsilə müraciət etməyin.

İş qrafiki: 5 gün / saat 09.00-18.00
Əmək haqqı (xalis) – 800-900 AZN