İxrac (Beynəlxalq) satışları üzrə aparıcı mütəxəssis

İşin təsviri

Əmək funksiyaları:

  • İxrac əməliyyat xidmətləri üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması;
  • Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Müəssisənin ixrac imkanlarının genişləndirilməsi üçün xarici ölkə bazarlarının araşdırılması, satış imkanlarının öyrənilməsi;
  • İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
  • Sifariş olunan mal və xidmətlərə görə qiymətlərin alınması və sərfəli qiymətin müəyyənləşdirilməsi;
  • Məhsul ixracı ilə bağlı sənədləşmələrin (ixrac ilə bağlı müqavilələrin hazırlanması və imzalanması, müştəri tərəfindən tələb edilən sertifikatların təmin edilməsi, gömrük rəsmiləşdirilməsi və s.) vaxtında icrasının təmin edilməsi;

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
  • İstehsalat və metallurgiya sahələrində satış təcrübəsi üstünlükdür
  • Yaxşı səviyyədə İngilis və Rus dili biliyi