İnsan resursları üzrə aparıcı mütəxəssis

  • Veliev MMC
  • Elanın qoyulma tarixi: 17.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

  • İR üzrə bütün növ sənədləşmənin həyata keçirilməsinə nəzarət.
  • İş vaxtının uçotu və əməyin ödənişinin həyata keçirilməsinə nəzarət.
  • Təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq təlim proqramlarının təşkili.
  • İşçi performansının dəyərləndirilməsi prosesinin təşkili və təqibi.
  • İş analizi və vəzifə təlimatlarının yazılması və dəyişikliklərin edilməsi proseslərində iştirak.
  • Daxili prosedurların yazılması və dəyişiklər edilməsində iştirak.
  • Bölmələrin vakansiya tələbinə uyğun namizədlərin seçimi və tələbin qarşılanması.
  • İşçi axınının analizi əsasında müvafiq namizəd bazasının yaradılması.
  • Əmək münasibətləri ilə bağlı məsələlərinin araşdırılması, təqibi və qərarların verilməsi, həmçinin nizam-intizam qaydalarına uyğun olaraq müvafiq tədbirlərin görülməsi.
  • Mütəmadi olaraq İR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Microsoft Office əla səviyyə;
  • Azərbaycan dili, rus və ingilis dilləri əlavə üstünlükdür
  • İR üzrə istehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət və davranış bacarığı;
  • Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Təqdimat və təsiretmə bacarığı;
  • Analitik və təhliletmə bacarığı;

Əmək şəraiti:

İş yeri: Sumqayıt şəhəri

İş rejimi: 6 günlük

Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "İR üzrə aparıcı mütəxəssis" qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.