Marketinq Azərbaycanda ən dəbdə olan sahələrdən biridir. Əsas vakansiyaları 3 qrupa yarımaq olar:
- şirkətlərin marketinq departamentində olan işlər (mobil operatorlar, qida, avtomobil və s.)
- reklam agentliklərində işlər (müştəri xidmətləri, dizayn, kopiraytinq, PR və s.)
- media şirkətlərində (veb-saytlarda, televiziya kanallarının satış şöbəsində) vakansiyalar
Brend-menecer, marketinq menecer kimi şəxslər şirkətin nüfuzundan və peşəkarlığından asılı olaraq 800-2200 AZN arası maaş alır.