Part-time iş elanları ilə əvvəllər daha çox tələbələr maraqlanırdı. İndi isə ofis işçiləri, yaşlılar, yüksək ixtisaslı peşəkarlar da part time işlere maraq göstərir. Vəkillər, mühasiblər, maliyyəçilər, SMM və marketinq sahəsində olanlardan başqa təbii ki, proqramçılar part time işlərə çox önəm verir. Part-time işlərdə maaş adətən full-time maaşın 30-60% miqdarında olur.