Brend üzrə Mütəxəssis (FMCG)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 17.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Marketinq ixtisası üzrə Ali Təhsil;
  • Müvafiq sahə üzrə 2 illik təcrübəsi olmalı;
  • İngilis dili bilməsi arzuolunandır, Rus dili bilməsi üstünlükdür;
  • MC Office proqramlarını bilməli;
  • Marketinq sahəsində sertifikatları olması mütləqdir;
  • İşi ilə bağlı ezamiyyətlərdə olan bilməli, mətbəə işlərin və dizayn proqramların adları görməsi üçün bu sahədə də anlayışı olmalıdır;
  • Yüksək səviyyədə analiz qabiliyyəti;
  • Yenilikərə açıq olmalı, texnologiyanı təqib etməli, sektoru ilə əlaqəli dünya brendlərini tanımalıdır.

Vəzifə Öhdəlikləri:

  • Məhsul idarəsində olan məhsul markalarının ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul markalarının ideya mərhələsində istehlakçılara çatdırılması və hətta istehlakçılardan gələcək dəyərləndirmələrin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq;
  • İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək
  • Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların məhsul və marka bütövlüyünə uyğun olmasını təmin etmək.;
  • Marka məhsulunun performansını müşahidə edərək təhlil etmək;
  • Məhsul və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək;
  • Reklam briflərini, POP materiallarını, satış təşviq materiallarının briflərini hazırlamaq və işin gedişatına nəzarət etmək;
  • İstehlakçı ehtiyac boşluqları və yeni istehlakçı istifadə vərdişlərini müəyyənləşdirərək yeni məhsul təklifləri vermək;
  • Məhsul və Marka strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun  həftəlik nəzarət etmək;
  • Təşviqat, taktiki satış  və qiymət qoyma fəaliyyətləri həyata keçirilməsinə nəzarət etmək.
  • Layihə və kampaniyaların büdcə hədəfləri daxilində planlaşdırılmasını təmin etmək;
  • Satış hədəflərinə çatmaq üçün lazımi marketinq fəaliyyətlərini və məhsul strategiyasına uyğun illik promosyon fəaliyyərlərini planlaşdırıb rəhbərliyə təqdim etmək;
  • Satış departamenti ilə ortaq çalışmalar apararaq fərqli kanal və bölgə layihələri planlaşdırmaq.
  • Satış kanallarını ziyarət edərək, məhsulların rəfdə və paylama kanalındakı təsirliliyini, promosyon fəaliyyətlərinə nəzarət etmək;
  • Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi  üçün yeni brend kampaniyalarının başladılması və inkişaf etdirilməsi;
  • Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması və analiz  nəticələrinə uyğun həllyönümlü təkliflərin verilməsi;
  • Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
  • Ticarət marketinq  və satış komandası ilə sıx əlaqədə olmaqla satış artımı üçün təkliflər hazırlanması;
  • İstehsal öncəsi, istehsal müddəti və istehsal sonrası zavodların ziyarəti;
  • Marketinq büdcəsinin təyin olunması və aylıq hesabatın aparılması;
  • İllik, rüblük və ay üzrə gündəlik satış analizlərinin hazırlanması və rəhbərliyə  təqdim olunması. Müvafiq fəaliyyətlərin həyata keçirilməsi, kateqoriyanın aylıq fəaliyyət hesabatının (portfolio) hazırlanması, Aylıq, rüblük və illik markanın marketinq fəaliyyət hesabatının hazırlanması və təqdimatın rəhbərliyə təqdim olunması;
  • Məhsul lahiyələrinin və fəaliyyətlərinin ideya qismindən təhvil-təslim mərhələsinə qədər təsdiq etdirmək üçün rəhbərliyə təqdimat hazırlamaq və həyata keçirmək.

İş şəraiti: İş qrafiki: həftə içi 5 gün

İş yeri: Bakı (Baş ofis)

 

İşəgötürənin reytinqi