Xarici satınalma mütəxəssisi (avtomobil ehtiyat hissələri üzrə)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ehtiyat hissələri şöbəsindən daxil olan satınalma sorğularının təhlili və qiymət araşdırılması;
  • Xarici bazarlardan təchizatçının seçilməsi və uyğun qiymət və ehtiyat hissəsinin alınıb ən qısa zamanda optimal çatdırılma üsulundan istifadə edərək çatdırılmasını təmin etmək
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
  • Yeni tədarükçülər ilə müqavilələrin hazırlanmasını təmin etmək
  • Tələb olunan malların (1C) proqramında düzgün, operativ və əhatəli şəkildə sifariş orderlərini (PO) tərtib etmək
  • Təchizatçıların reyestr bazasının tərtibi;
  • Avtomobil ehtiyat hissələri bazarının təhlili və müntəzəm monitorinqi;
  • Dövri hesabatların hazırlanması;

Tələblər:

  • Ali təhsil;
  • Yaş həddi: 25-35;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və ingilis dilləri səlis, rus dili arzuolunandır;
  • 1C proqramında sərbəst işləmə bacarığı;
  • İncoterms şərtlərini bilməli
  • Müqavilə tərtibində və idarə edilməsində təcrübə arzuolunandır
  • Microsoft Excel yüksək səviyyədə bilməli;
  • Komanda ilə işləmək qabiliyyəti;
  • Avtomobil ehtiyat hissələri haqqında dolğun məlumatın olması;
  • Ehtiyat hissələri bazarını bilməli
  • Yaxşı münasibət qurma və danışıq bacarığı;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 1200-1500₼

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində Xarici satınalma mütəxəssisi (avtomobil ehtiyat hissələri üzrə)qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.