İşin təsviri
İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri
İş təcrübəsi: Analoji sahədə ən azı 5 il;
Təhsil: Ali (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Statistika, Tətbiqi Riyaziyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə)
İşin təsviri:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların icrası
- Mühasibat hesabatlarının müəyyən edilmiş vaxtlarda tərtib və təqdim edilməsi
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edilməsi
- Şirkət əməkdaşların əmək haqqı, son haqq-hesab və digər ödənişlərinin təmin edilməsi
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edilməsi
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılması
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərinin icrası
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət.
Bilik və Bacarıqlar:
- Analitik və strateji baxış bacarıqları
- Yüksək səviyyədə 1C proqramı və MS Excel bilikləri
- Məsuliyyətli və detallara müstəsna diqqət yetirmə bacarığı
- Milli və beynəlxalq uçot standartları üzrə biliklər
- Vergi Məcəlləsi bilikləri
- İstehsalat sahəsində təcrübəsinin olması arzuolunandır
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Mobil nömrə və danışıq limiti.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş Mühasib” yazmaqla CV göndərərək müraciət edilir.