Satınalma üzrə mütəxəssis

İşin təsviri

Vəzifə və məsuliyyətləri:

  • Sifarişçi şöbələr tərəfindən spesifikasiyaların hazırlanmasında iştirak etmək;
  • Satınalma tələbnamələrini icra etmək;
  • Müqayisə cədvəllərini hazırlamaq;
  • Kommersiya və texniki qiymətləndirməni təşkil etmək;
  • Sifarişləri icra etmək və təqib etmək;
  • Müqavilələrin hazırlanmasını koordinasiya etmək;
  • Ödənişləri koordinasiya etmək;
  • Cari işlərin periodik hesabatlarını hazırlamaq;
  • Təchizatçı şirkətlərin seçimi və pre-kvalifikasiyası;
  • Təchizatçı şirkətlərin xidmətlərinin keyfiyyətinə nəzarət etmək;
  • Bütün proseslərin şirkətin Satınalma qaydaları çərçivəsində icrasını təmin etmək;
  • Bütün proseslərin şəffaflığını və izlənməsinin mümkünlüyünü təmin etmək;
  • Bütün sənədləşmələrin qaydasında olmasını təmin etmək;
  • Əlaqəli şöbələrlə əməkdaşlıq etmək.

Tələblər:

  • Ali təhsil;
  • Min 3 il müvafiq sahədə iş təcrübəsi;
  • Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı bilmək (upper-intermediate), Rus dili üstünlükdür;
  • Kompüter bilikləri (MS Office proqramlarında mükəmməl işləmə bacarığı və 1C bilikləri üstünlükdür);
  • Müvafiq sertifikatların olması üstünlükdür;
  • Komandada işləmək bacarığı, məsuliyyətli, stressə dayanıqlı, punktual, diqqətçil və yüksək ünsiyyət bacarıqları.

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində Satınalma üzrə mütəxəssis yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.  

 

İşəgötürənin reytinqi