Həkim-psixoloq

  • Alphakids
  • Elanın qoyulma tarixi: 05.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Uşaqların məktəbəqədər təhsilə psixoloji cəhətdən hazırlığını diaqnostoka edərək onların baxçaya qəbul edilməsində iştirak edir və psixoloji müayinə edir;
  • Uşaqların psixi sağlamlığının bərpası və şəxsiyyətinin inkişafında olan pozuntuların korreksiyası yönümündə iş aparır,
  • Uşaqların şəxsiyyətinin harmonik inkişafına mane olan və yaxud onu çətinləşdirən cəhətləri aşkar edir;
  • Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntulara və pis davranışlara meyilli olan uşaqları habelə ümumi və xüsusi istedadı olan uşaqları üzə çıxarır, qruplarda sosial-psixoloji mühiti tədqiq edir;
  • Uşaqlarla psixoprofilaktiki və psixokorreksiya işlərini aparır və psixoloji məsləhətlər verir;
  • Həkim psixoloq müəllimlərlə birgə uşaqların fərdi keyfiyyətlərini nəzərə alan konkret proqram işləyib hazırlayır və onun həyata keçirilməsini təmin edir;
  • Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı bağçanın müdiriyyətinə, müəllimlərinə və valideynlərinə məlumat verir;
  • Uşaqlarla ayrı-ayrılıqda təlim, inkişaf, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı məsləhətlər verir;
  • Tibb müəssisələrinin fəaliyyət istiqamətlərini və əhalinin sağlamlığının qorunmasını müəyyən edən normativ hüquqi aktlarını, “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
  • Əmək, ailə qanunvericiliyini, səhiyyə və təhsil sahəsinə aid qanunvericilik aktlarını bilməli;
  • Pedaqogika, sosial, və müxtəlif yaş qruplarına aid uşaq psixologiyasını bilməli;
  • Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini eləcədə, təlim-tərbiyə işinin təşkilini bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

Namizədə olan tələblər:

  • Ali təhsil (müvafiq ixtisas üzrə)
  • İş təcrübəsi olanlara üstünlük veriləcək (bağçada iş təcrübəsinin olması arzuolunandır);
  • Azərbaycan və İngilis dilini bilməli;
  • Microsoft Office (MS Word, MS Excell) proqramlarını əla səviyyədə bilməli;

Digər şərtlər:

  • Yaş həddi: 25 - 40 yaş
  • Əmək haqqı: Nett olaraq 400 - 800 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
  • İş rejimi: 5 günlük iş həftəsi;
  • Nahar bağça tərəfindən təmin edilir;
  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küç.203-cü məhəllə ünvanında yerləşən körpələr evi-uşaq baxçası.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Həkim psixoloq” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

CV-də yazdığınız məlumatların doğruluğundan əmin olun. Yalnış məlumatın verilməsi müraciətinizin imtina olunması ilə nəticələnə bilər.