İşin təsviri
Tələblər:
- Sənaye mühəndisliyi, insan resursları, iqtisadiyyat, menecment və ya əlaqəli bakalavr/magistr bölmələrindən məzun
- Təşkilati inkişaf, işçi qüvvəsinin planlaşdırılması, insan resursları sahəsində minimum 2 il iş stajı
- Raporlama, planlaşdırma, təşkilatçılıq və analitik düşünmə bacarığı
- Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarığı
- MS Office, xüsusilə yaxşı səviyyədə Excel, Power point proqramı biliyi
- İşçi qüvvəsi statistikasını, məlumatların və tendensiyaların təhlilini, ehtiyacları proqnozlaşdırmaq və işçi qüvvəsi planlarını hazırlamaq bacarığı
- İngilis, rus dillərini bilməsi üstünlükdür
- Ezamiyyətlərə gedə bilməli
İş haqqında məlumat:
- Holdinqdaxili müəssisələr üzrə işçi qüvvəsinin planlaşdırılmasını, çalışacaq optimal kadr sayını iş analizi apararaq müəyyənləşdirmək
- Təşkilatın məqsədlərinə uyğun olaraq hər bir vəzifənin iş yükünü xronometraj vasitəsilə hesablamaq
- Təşkilatın ehtiyac duyacağı gələcək personalı vəzifə əsasında və zamana görə müəyyən etmək
- Görülən iş, aparılan analiz nəticəsində vəzifə təlimatlarını hazırlamaq, mövcudlarını yeniləmək
- Aparılan işçi qüvvəsi planlaşdırılması hesablamalarının dövri olaraq uyğunluğuna nəzarət etmək
- Qlobal və yerli bazarda İnsan resursları sahəsinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq
- Rəhbərlik tərəfindən tapşırılan digər işləri icra etmək
İş qrafiki: həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri