Hüquqşünas

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Hüquqi fəaliyyət üzrə metodik və normativ materiallar hazırlamaq.
  • Xidmətin müxtəlif subyektlərlə bağladığı müqavilələrin ekspertizasının aparmaq.
  • Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində bir başa rəhbərinə təkliflər vermək.
  • Fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq.
  • Xidmətin fəaliyyətində qanunlara əməl olunmasını və onun qanuni mənafelərinin müdafiəsini təmin etmək.
  • Xidmətdə hazırlanmış əmrlərin, əsasnamələrin və digər hüquqi xarakterli aktların layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, onları təsdiq etmək, habelə zəruri hallarda bu sənədlərin hazırlanmasında iştirak etmək.
  • Mövcud qanunvericiliyə zidd olaraq qəbul edilmiş hüquqi aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün tədbirlər görmək.
  • Xidmətin fəaliyyətində yaranan hüquqi məsələlərə dair rəylərin, habelə Xidmətə baxılmaq üçün daxil olan normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil etmək.
  • Struktur bölmələrə hüquqi dəstək göstərmək.
  • Məhkəmə işlərində hüquqi sənədlərin (iddia ərizələri, etirazlar, apelyasiya şikayətləri və s.) hazırlamaq.
  • Məhkəmələrdə Xidməti etibarnamə əsasında təmsil etmək.
  • Rəhbərliyin tapşırığı ilə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatlarında Xidməti təmsil etmək.
  • Xidmətin inkişaf konsepsiyasının həyata keçirilməsində, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında və icrasında öz səlahiyyətləri daxilində iştirak etmək.
  • Şöbə tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək

Namizədə dair tələblər:

  • Ali hüquqi təhsili.
  • Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;
  • Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı.
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq.
  • Xidmətin fəaliyyət istiqamətlərini müəyyən edən əsas normativ hüquqi aktları,  dövlət siyasətini və qanunvericiliyin ümumi əsaslarını bilmək;
  • Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
  • Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
  • Komandada və fərdi şəkildə işləmə bacarığı;
  • Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
  • Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.

Əmək şəraiti:

  • İş yeri: Bakı və Qarabağ ərazisi
  • İş rejimi: 5 gün, 09:00 – 18:00
  • Əmək haqqı: 1430 AZN (net) 

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Hüquqşünas” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs tərəfindən digər vakansiyalar