Aparıcı Hüquqşünas

İşin təsviri

Əsas vəzifələr:

  • Müqavilə formalarının hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Korporativ hüquq üzrə müvafiq fəaliyyətin həyata keçirilməsi;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi;
  • Əmtəə nişanlarının qeydiyyata alınması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada cavabların hazırlanmasına nəzarət etmək.  

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi; 
  • Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə; 
  • Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir. 
  • Yaş məhdudiyyəti: 25 yaş – 55 yaş. 

İş şəraiti:

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı 1200-1500 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən  CV–lərini elektron ünvanına Subject/Mövzu hissəsində  “Aparıcı hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur.