Əməyin mühafizəsi qrupun rəhbəri

İşin təsviri

ŞİRKƏT HAQQINDA MƏLUMAT 

Şirkətin adı: AzMeCo

Fəaliyyət növü: İstehsalat

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• Əməyin  mühafizəsi  tələblərinin  zavodda  yerinə  yetirilməsinə  müstəqil  və  səmərəli  nəzarəti  həyata  keçirir.
• Əməyin  mühafizəsi  qaydalarının tələblərinə  uyğun  olmayan  fəaliyyəti  qadağan  edir.
• Əməyin  təhlükəsizliyi  norma  və  qaydalarının  tələblərinə  uyğun  olmayan  avadanlıq  və  qurğuların  işi  işçilərin  sağlamlığı  və  həyatı  üçün  təhlükə  törədərsə, aşkar  edilmiş  pozuntular  aradan  qaldırılanadək  işi  dayandırır.
• Potensial  təhlükələrin  aradan  qaldırılması  üçün  önləyici  fəaliyyətin  hazırlanmasında  iştirak  edir.
• Mövcud qanunvericiliyə müvafiq olaraq əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsini təmin edir.
• Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə görülən işlər zamanı sexlərin, sahələrin, qurğuların, iş yerlərinin, istehsalat avadanlıqlarının, maşınların mexanizmlərin, sanitariya-gigiyena və məişət otaqlarının təhlükəsizlik qayda, norma və standartlarının tələblərinə uyğun olmaları, kompleks təşkilati,texniki, sanitariya-gigiyena, sosial-iqtisadi və digər tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinə nəzarəti təmin edir.
• Əməyin mühafizəsi  üzrə qanunvericilik  aktlarına  əməl olunmasına, dövlət orqanlarının qətnamə və qərarlarının, eyni zamanda  müəssisə  rəhbərliyinin  göstəriş, əmr və qərarlarının, əməyin mühafizəsi və  təhlükəsizlik  texnikası  norma və qaydalarının yerinə yetirilməsinə daim nəzarət edir.
• Əmək şəraitinin və əmək mühafizəsinin öyrənilməsini həyata keçirir, işlərin təhlükəsiz aparılmasına nəzarət edir, təmir-plan qrafikinə müvafiq qüsur cədvəllərini təsdiqləyir.
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası sahələri üzrə qabaqcıl iş metodlarını öyrənir və tətbiq edilməsi üçün tədbirlər hazırlayır.
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar sağlamlaşdırma tədbirləri üzrə «Nomenklatur-tədbirlər planının» və ya kompleks planın işlənib hazırlanmasını təşkil edir. Onların yerinə yetirilməsinə nəzarət edir və nəticələri barədə hər rübdə müəssisə rəhbərliyinə  məlumat verir.
• Sanitar texniki pasportların bölmələrinin düzgün və vaxtında doldurulması üçün ayrı-ayrı qurğu və sahələrin sanitar texniki vəziyyətinin pasportlaşdırılması işlərini nəzarətdə saxlayır.
• Yeni istehsalat sahələrinin tikinti layihələrinin işlənib hazırlanmasında, eyni zamanda fəaliyyətdə olan istehsal sahələrinin yenidən qurulması, genişləndirilməsi və yeni texniki vasitələrlə təchiz edilməsi işlərində iştirak edir.
• Tikinti, yenidənqurma və əsaslı təmirdən sonra ayrı-ayrı obyektlərin istismara  qəbulunda  iştirak  edir.
• Səmərələşdirici təkliflərə əmək mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası üzrə təlimatların tələblərinə uyğun olaraq rəy verir.
• Təhlükəsiz əmək şəraitini təmin edən tədbirlərin istehsal proseslərinin texnoloji reqlamentlərində öz  əksini  tapmasını nəzarətdə saxlayır.
• Departament Menecerinə təhlükəsizlik qaydalarının pozulması halları, qəzalar, yanğınlar, istehsalat zədələri  barədə məlumat verir.
• Əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyin təmin edilməsi üzrə göstəriş, sərəncam və əmrlərin layihəsini hazırlayır.
• İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasını “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarına müvafiq şəkildə təşkil edir.
• Yanğınların, qəza hallarının və bədbəxt hadisələrin araşdırılmasında iştirak   edir,   onların  qarşısını  almaq  üçün  tədbirlər  planı  hazırlayır və tədbirlərin yerinə yetirilməsinə nəzarət edir. İstehsalat   zədələrinin  və  peşə  xəstəliklərinin  qeydiyyatını  aparır, onların  baş  vermə  səbəblərini  araşdırır  və  qarşısının  alınması üçün tədbirlər müəyyənləşdirir.
• Əmək mühafizəsinin yaxşılaşdırılması və sanitar sağlamlaşdırma tədbirləri üzrə   kompleks   planların, yuxarı təşkilatlar  tərəfindən  verilən   əmr   və göstərişlərin yerinə yetirilməsi, əmək  mühafizəsi  üzrə  tədbirlərə  istifadə edilən vəsaitin miqdarı, istehsalat xəstəlikləri,  qəzaları  və  zədələnmələri   barəsində  vaxtlı-vaxtında  məlumatları  hazırlayır və lazımı yerlərə göndərir.
• Əmək  təhlükəsizliyi   üzrə   standartların   və   digər    norma,   qayda   və təlimatların tətbiq edilməsinə metodik-təşkilati rəhbərlik edir.
• Yanğın təhükəsizliyi və texniki təhlükəsizlik üzrə təlimatların vaxtlı-vaxtında işlənib  hazırlanmasına  və iş yerlərinin təlimatlarla təmin edilməsinə nəzarət edir.
• Avadanlıqlarda qoruyucu və mühafizə vasitələrinin, yanğın söndürmə işarəedicilərinin və əlaqə vasitələrinin işçi vəziyyətdə saxlanmasına nəzarət edir.
• İşçilər üçün sağlam və təhlükəsiz iş şəraitini təmin edilməsi məsələləri ilə bağlı olaraq tibbi, elmi tədqiqat, layihə-konustruktor, digər təşkilatlar, Dövlət nəzarət orqanları və həmkarlar təşkilatı ilə əlaqə saxlayır.
• Xüsusi geyim, iş ayaqqabısı, fərdi mühafizə vasitələri və digər qoruyucu alətlərin, südün müəyyən olunmuş qayda üzrə verilməsi və istifadə olunmasına nəzarət edir.
• Mühəndis-texniki işçilərin, fəhlə və qulluqçuların əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə müəyyən olunmuş qayda əsasında vaxtında və keyfiyyətlə təlimatlandırılması və birliklərinin yoxlanmasına nəzarət edir.
• İstehsal sahələrinin və iş yerlərini plakatlar, təhlükəsizlik nişanları, xəbərdaredici nişanlarla  və digər təbliğat vasitələri ilə təmin edilməsinə baxır.
• Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası üzrə məsləhətlər verir.
• Qəza hallarının aradan qaldırılması planının işlənib hazırlanmasını və ona düzəlişlər edilməsini, eyni zamanda bu plana uyğun təlim məşqlərinin keçirilməsini nəzarətdə saxlayır.
• Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə sənədlərin olmasını və onların düzgün aparılmasını nəzarətdə saxlayır.
• Əmək mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin iş planını tərtib edir və təsdiq üçün direktora təqdim edir.
• Təhlükəsiz və sağlam iş şəraitinin yaradılması üçün metodik-təşkilatı rəhbərlik işlərini həyata keçirir.
• İşə təzə qəbul olunan fəhlələr, mühəndis-texniki işçilər və qulluqçular üçün əmək mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə giriş təlimat vermə keçir.
• Müəyyən olunmuş forma və göstəricilər üzrə hesabatları tələb edilən ünvanlara  təqdim etmək üçün vaxtında tərtib edilməsini təmin edir.

TƏLƏBLƏR

• Neft-kimya sənayəsində 6 ildən az olmayaraq iş təcrübəsi
• ali texniki təhsil
• ixtisas üzrə sertifikatların mövcudluğu namizəd üçün üstünlükdür

Bilməlidir

• əmək qanunvericiliyini, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarını;
• istehsal texnologiyasını, müəssisənin texniki inkişaf perspektivlərini, əsas texnoloji avadanlıqları və onların iş prinsiplərini; istehsalın texnoloji hazırlığı üzrə metodiki və normativ materialları;
• müəssisənin spesifik xüsusiyyətlərini, istehsal gücünü və iş rejimini;
• maşın və mexanizmlərin istismar qaydalarını;
• xammala, materiala və hazır məhsula qoyulan texniki tələbləri;
• ekoloji qanunvericiliyi;

ƏMƏK HAQQI VƏ DIGƏR IMTIYAZLAR:

• 1300-1600 AZN xalis
• Tibbi və icbari sığortalar
• Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma
• Şirkət hesabına nahar

ƏLAQƏ VASİTƏLƏRİ

Maraqlı olan şəxslərin CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.