Satınalma üzrə aparıcı mütəxəssis

  • ATS Food
  • Elanın qoyulma tarixi: 17.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)
  • İş təcrübəsi: Satınalma sahəsində ən azı 3 il iş təcrübəsi (Kənd təsərrüfatı  sektorunda təcrübənin olması üstünlükdür)
  • Ezamiyyət: 100% ezamiyyət tələbi 
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (əla), Rus dili (əla)
  • Kompüter bilikləri:  MS Office proqramları üzrə biliklər
  • Digər: CIPS və ya təchizat zəncirinin idarə olunması sahəsində beynəlxalq sertifikatın olması üstünlükdür;
  • 1 C, ERP sistemlərdə işləmək bacarığı.

Vəzifədən gözləntilər:

  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Bazarın təhlili, tələb olunan malların daxili və xarici bazarda araşdırılması;
  • Satınalmanın daxili prosedura uyğun  təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə  vaxtında və sərfəli satın alınması;
  • Sifarişçi və ya  son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
  • Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
  • Tender komissiyasının işinin təşkil edilməsi, tender sənədlər paketinin hazırlanması, tender prosesinin təşkil edilməsi;
  • Xarici satınalmaların təşkili və yerinə yetirilməsi;
  • Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
  • Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
  • Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
  • Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi;
  • Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi;
  • Müqavilələrin düzgün və cəmiyyətin təchizat siyasətinə uyğun olaraq bağlanılması;
  • Hesabatların hazırlanması və təqdim edilməsi.

Vəzifə üzrə səriştələr:

  • Satınalma müqavilələrin tərtibatı haqqında ümumi anlayış
  • Analitik düşünmə bacarığı
  • Təhlil etmə bacarığı
  • Tenderlər sahəsində təcrübə.
  • Planlama və Təşkilatçılıq
  • Bazar, rəqabət, fürsət və təhlükələri görmə
  • Qiymətləndirmə bacarığı
  • Tədarükçülərlə iş bacarığı

İş Şərtləri:

  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Təmin edilir
  • Nahar: Təmin edilir

  İş məkanı: Sumqayıt 

Müraciətin son günü: 17 May 2023-cü il

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı "Satınalma üzrə aparıcı mütəxəssis" qeyd olunmaqla, göndərə bilərlər.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır  

Email: [email protected]