Aparıcı Mühasib

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Mühasibat, vergi uçotu,DSMF, Statistika ilə bağlı əməliyyatları icra etmək
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin etmək
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarət etmək
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək
  • Ştat, maliyyə və kassa intizamına əməl etmək, inzibati təsərrüfat, həmiçinin digər xərclərin, çatışmazlıqların, itkilərin mühasibat balanslarından silinməsini icra etmək
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək

Namizədə tələblər: 

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
  • MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Milli və Beynəlxalq uçot standartları üzrə biliklər;
  • Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
  • İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd edərək mail ünvanına yönləndirə bilərlər.

Email: [email protected]