Marketinq Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Portfeldəki mövcud brendlər üçün brend planlarının hazırlanması (strategiya, böyümə nöqtələri, fəaliyyət və icraat planı); 
  • Təsdiqlənmiş brend planlara əsasən aylıq fəaliyyət planlarının həyata keçirilməsi; 
  • Rəqib və istehlakçı davranışı araşdırmalarının keçirilməsi və potensial böyümə nöqtələrinin müəyyən edilməsi;
  • Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərin aparılması;
  • Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərini müəyyən etmək və onların təkmilləşdirilməsi üçün müvafiq təkliflər vermək;
  • CRM sisteminin, hesabatlılığın qurulması və idarə edilməsi;
  • Brend strategiyaya uyğun olaraq sosial media kontent strategiyasının müəyyən və icra edilməsi;  
  • Sosial media komandasının idarə edilməsi;
  • Brend planlara uyğun olaraq ATL/BTL kanallar üzrə fəaliyyətlərin planlanması və icrası; 
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
  • Marketinq büdcəsinin planlaşdırılması, nəzarət edilməsi və hər bir yerləşdirmə kanallarını müəyyən etmək;
  • Youtube, Linkedln, Google, Facebook və Instaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyalarının yerləşdirilməsinə nəzarət;
  • Kampaniyaların nəticələrini, effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq.

Tələblər:

  • Ali təhsil (marketinq sahəsində arzuolunandır); 
  • Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq üzrə iş və layihə/kampaniya təcrübəsi;  
  • Dil bilikləri: azərbaycan səlis, rus və ingilis orta; 
  • Excel – təcrübəli istifadəçi;  
  • Power Point – təcrübəli istifadəçi; 
  • Düşüncə tərzi və məsələlərə yanaşma tərzi: analitik, kreativ, stratejik;
  • Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları.

İş haqqında:

  • İş qrafiki: Tam iş günü;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • ARƏM uyğun işə qəbul.

Əmək haqqı: 1500 -2500 AZN (Təcrübəyə görə dəyişir)

Tələblərə cavab verən namizədlər  öz şəkilli CV-lərini “Marketinq Menecer” başlığı ilə elektron poçtuna göndərə bilərlər.

Email: [email protected]