Aparıcı Mühasib

  • TAİS İKF
  • Elanın qoyulma tarixi: 13.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas iş öhdəlikləri və məsuliyyətlər:

  • Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatların icrası;
  • Muhasibatlıq-maliyyə üzrə ilkin sənədləşmələrin aparılması;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin uçotunu aparmaq və mühasibat uçotu hesabatlrında onlarınn hərəkətini, dövriyyəsini izləmək.
  • Debitor ve kreditorlarla hesablaşmalar uçotunun təşkili; İstehsal dövriyyəsi və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və kreditor əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir
  • Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi
  • Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
  • Bütün vergi hesabatlarının göndərilməsi, e-qaimələrin yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi haqqında məlumatlı olması önəmlidir;
  • Vergi orqanlarından gələn məktublara nəzarət edilməsi və məktubların cavablandırılması;
  • Şirkət Rəhbəri və Maliyyə departamentinin müdiri tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək

Təhsil/Təcrübə:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit ixtisasları üzrə təhsil arzuolunandır);
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
  • Əmək və Vergi məcəllələrini, DSMF-nin aidiyyəti qanunvericiliyini;
  • ACCA, CİMA, CFA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olmalı, MS Office proqramları üzrə qabaqcıl istifadəni;
  • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə metodiki-normativ və başqa rəhbər materialları;
  • Mühasibat hesabının metod və formalarını bilməli;
  • Uçot və hesabatı bilməli;
  • Hesabatların plan və korrespondensiyasını bilməli;
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
  • Sənədlərin rəsmiləşdiliməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydasını bilməli;
  • Cəmiyyətin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodunu bilməli;
  • Hesablama texnikasının istismarı qaydasını bilməli;
  • İqtisadiyyatın, istehsalat, əmək və idarəetmənin təşkilinin əsaslarını bilməli;
  • Azərbaycan və rus dillərini sərbəst istifadəçi səviyyəsində bilməli (İngilis dili biliyi arzuolunandır).

Əlavə məlumatlar:

  • AR Qanunvericiliyinə uyğun sənədləşmə;
  • Əmək haqqı; 1300 AZN;