Satınalma üzrə mütəxəssis

  • Az - Granata LLC
  • Elanın qoyulma tarixi: 12.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş təcrübəsi: 3-5 il

İş qrafiki : 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

  • Portfelində olan şirkətlərin satınalma fəaliyyətinin  yoxlanılması və alışlara nəzarət
  • Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
  • Lazımi materialları / xidmətləri  daxili bazarda tədarük etmək(tələb olunarsa xarici bazardan araşdırmaq), qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
  • Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək;
  • Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
  • Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
  • Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.

Namizədə tələblər:

  • Ali təhsil : maliyyə, təchizat, logistika üzrə (xarici təhsilə üstünlük verilir)
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel proqramını mükkəməl bilməli)
  • Data Analitikanı bilməsi (Tableau, Power BI) üstünlükdür
  • İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər;
  • İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) mükəmməl bilmə

Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi məktubun mövzusuna “Satınalma üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz

Email: [email protected]

İşəgötürənin reytinqi