Şərab Turizmi üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Şərab zavoduna və üzüm bağlarına gələn yerli və xarici qonaqları qarşılayaraq onlara müəssisə, istehsal prosesi və məhsullar haqqında ətraflı məlumat vermək;
  • Tur proqramlarını əvvəlcədən planlaşdırmaq, marşrutu və məzmunu koordinasiya etmək;
  • Şərab dequstasiyalarını təşkil və idarə etmək, hər məhsul haqqında təqdimat aparmaq;
  • Qonaqlara şərab növləri, istehsal texnologiyası və düzgün dequstasiya qaydaları barədə məlumat vermək;
  • Şirkətin məhsullarının satışını və tanıtımını həyata keçirmək, satış sonrası qonaq məmnuniyyətini izləmək;
  • Ziyarətçi qruplarına xüsusi tur paketləri və tədbirlər (şərab festivalları, tədbir və təqdimatlar) təklif etmək;
  • Turizm və satış fəaliyyətləri ilə bağlı gündəlik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Turizm zonasında təmizlik, təhlükəsizlik və qonaqpərvərlik standartlarına riayət olunmasını təmin etmək;
  • Sosial media və tanıtım məqsədli kontent hazırlanmasına (foto, video, qısa təqdimatlar) dəstək göstərmək;
  • Tur bələdçisi kimi şirkətin imicini və brend dəyərlərini yüksək səviyyədə təmsil etmək;
  • Ziyarətçi rəylərinin toplanması, təhlilin aparılması və xidmətin keyfiyyətinin artırılması üçün təkliflər vermək.

Tələblər:

  • Turizm, marketinq və ya əlaqədar sahə üzrə ali təhsil arzuolunandır;
  • Xarici dillərdə danışıq bacarığı (rus və ingilis dili);
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
  • Şərab mədəniyyəti və dequstasiya qaydaları haqqında ilkin biliklər arzuolunandır;
  • Tur bələdçisi və ya satış/tanıtım sahəsində təcrübə;
  • Gülərüz, məsuliyyətli və komandada işləmə bacarığı. 

Digər məlumatlar:

  • İş yeri: Ağsu rayonu, AZGRANATA MMC-nin istehsalat müəssisəsi;
  • Rəqabətədavamlı əmək haqqı və bonus sistemi.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerində "Şərab turizmi üzrə mütəxəssis" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Əks halda müraciətiniz nəzərdən qaça bilər.

İşəgötürənin reytinqi