Direktor köməkçisi

  • Crystal Group
  • Elanın qoyulma tarixi: 11.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Maliyyə , təsərrüfat və təchizat üzrə işlərin həyata keçirməsi üçün direktora rəylər təqdim etmək;
  • Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Direktoruna lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;                          
  • Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məılumatlandırılması və s.) görmək;
  • Direktorunun tapşırığı ilə  Şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Şirkətin Baş Direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək;
  • Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Direktora məlumat vermək;
  • Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;

Namizədə tələblər:

  •  Ali təhsil
  • Yalnız bəy nəmizədlər müraciət edə bilər
  • Yaş həddi 25-40
  •  Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli
  • Dil bilikləri: Azərbaycan dili və  Rus dili
  • müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə ünsiyyət  qurma bacarığı;
  • Təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı:

İş Şəraiti:

  • İş qrafiki: həftəlik 5 gündür
  • Əmək haqqı 1000 AZN (NET)

Crystal Group tərəfindən digər vakansiyalar