Mühasib

  • Trawell Group
  • Elanın qoyulma tarixi: 11.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Azərbaycan, Bakı

İş qrafiki: Tam / 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);

Əsas vəzifə öhdəlikləri:

  • Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi (kassa mədaxil və kassa məxaric orderlərin yazılması );
  • Vergi qanunvericiliyinin tələbləri üzrə E-Qaimə fakturalarının ,VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
  • Lazımi müqavilələrin hazırlanması və yenilənməsi;
  • Birbaşa rəhbərin tələb etdiyi bütün digər vəzifə öhdəlikləri;

Namizədə tələblər:

  • Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən Şirkətlərdə təcrübə üstünlükdür);
  • AR Vergi və Əmək məcəlləsi üzrə nəzəri biliklər və praktiki təcrübə;
  • E-taxes.gov.az, və digər portallardan istifadə bacarığı və həmçinin BTB Proqramı üzrə iş təcrübəsi;
  • Yüksək riyazi zəka və analiz etmə bacarığı və həll yönümlü olmaq;
  • Müqavilələrin hazırlanması üzrə təcrübə;
  • Aktiv, çevik, öyrənməyə həvəsli, fokslu və cəld işləmə qabiliyyəti yüksək və nəticə yönümlü olmalı;
  • Microsoft Office proqramları (xüsusilə Excel-mütləqdir) əla bilmək ;
  • Disiplin, nizam-intizam, məsuliyyət, diqqətlilik və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq;
  • Əla Azərbaycan dili və praktiki İngilis dili;
  • ACCA -FA üzrə sertifikat və BM üzrə sertifikatlar üstünlükdür;
  • Yaş həddi: 30 yaşa qədər

Təklif:

  • Əmək haqqı : Təcrübədən asılı olaraq təyin olunacaq ;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
  • Gənc, dinamik komandada lokal və qlobal startapların bir hissəsi olmaq.

Müraciət üçün emailə “Mühasib” başlığı ilə CV -lərinizi göndərə bilərsiniz. Yalnız tələblərə uyğun namizərdlər məqbul hesab ediləcəkdir.

Son Tarix: 30.04.2023

Email: [email protected]