Senior Sales Specialist (Study Abroad)

  • EDU SUPPORT
  • Elanın qoyulma tarixi: 09.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali Təhsil 
  • Satış sahəsində minimum 2 il iş təcrübəsi
  • Satış texnika və strategiyaları haqqında biliklərə və yüksək səviyyədə satış bacarığına sahib olması mütləqdir
  • Azərbaycan dilində səlis danışıq, Rus və ya İngilis dilləri üstünlükdür
  • Müştərilərlə şifahi və yazılı ünsiyyət və Təqdimat bacarığı
  • Orta Səviyyə MS Office proqram bilikləri ( Word,Excel )
  • Yüksək səviyyədə Təşkilatçılıq və Problem həlletmə qabiliyyəti
  • Təşəbbüskar, Diqqətli, Səbrli və  Məsuliyyətli 

Vəzifə Öhdəlikləri:

  • Yeni satış kanallarının axtarılması və şirkətin şatış həcminin artırılması
  • Görüşlər zamanı müştərilərə şirkət, göstərdiyi xidmətlər haqqında dolğun, düzgün, ətraflı məlumat verilməsi və ya verilməsinin təmin olunması və ilkin əlaqənin qurulması
  • Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərin hazırlanması,aylıq satış hədəflərinin yerinə yetirilməsi
  • Bu sahədəki tendensiyalarından və dəyişikliklərindən xəbərdar olmaq və buna uyğun olaraq satış strategiyalarını uyğunlaşdırmaq.
  • Satış haqqında həftəlik və aylıq hesabatların hazırlanması
  • Komanda üzvləri arasında vəzifə bölgülərinin düzgün şəkildə bölünməsi və nəzəri və ya praktiki olaraq satış texnikalarından istifadə qaydalarının mütəmadi olaraq ötürülməsi

İş Qrafiki:

  • İş saatı: Həftə içi 5 gün 10:00 - 18:00
  • Ünvan: İsmayıl Hidayətzadə 51A, (N.Nərimanov)
  • Əmək haqı: Fix 1000 AZN + Bonus 

Maraqlanan namizədlər mövzu yerində “Senior Sales Specialist”  yazmaqla öz CV-lərini göndərə bilər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar. 

Email: [email protected]