SƏTƏM üzrə mütəxəssis

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 06.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • SƏTƏM  üzrə mütəxəssisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin və qəzaların qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və müalicəvi-profilaktik tədbirlərin icrasının təşkilidir.
  • SƏTƏM üzrə mütəxəssis fəaliyətini SƏTƏM Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla  aparır;
  • Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının  tərtibatında iştirak edir;
  • “Aztelekom” MMC-in struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına nəzarət edir;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
  • Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
  • SƏTƏM üzrə digər tapşırıqların icrası;

Kvalifikasiya üzrə tələblər:

SƏTƏM  üzrə mütəxəssis vəzifəsinə təyin edilən şəxs aşağıdakı tələblərə uyğun olmalıdır: 

  • Ali-texniki təhsilə malik olmalidır; 
  • Sahəsi üzrə ən azı 3 il təcrübəsi olmalıdır;
  • Azərbaycan dilini mükəmməl bilməlidir,  İngilis  və Rus dilləri arzuolunandır;
  • SƏTƏM  üzrə qaydaları mükəmməl bilməlidir;
  • MS Office programlarını mükəmməl bilməlidir; 

İş şəraiti:

  • Həftədə 5 iş günü, 2 gün istirahət;  
  • İş saatları 09.00-18.00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi 30.04.2023.

Email:  [email protected]

 

İşəgötürənin reytinqi