İşin təsviri
                
                
                                
                Təsvir
	- Müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkil etmək
 
	- SƏTƏM fəaliyyətini SƏTƏM qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparmaq
 
	- Səlahiyyətləri çərçivəsində yeni qaydaların,prosseslərin,prosedurların, daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak etmək
 
	- “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət etmək
 
	- Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etmək və lazımi tövsiyələr vermək
 
	- “Aztelekom” MMC-də quraşdırılmış avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət etmək
 
	- “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçmək
 
	- Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət etmək
 
	- İstehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotunu və təhlilini aparmaq
 
	- Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərmək 
 
Tələblər
	- Ali təhsil olmalıdır (Ali-texniki təhsilə üstünlük verilir)
 
	- Sahəsi üzrə 3 il təcrübəsi olmalıdır
 
	- Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır
 
	- SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir
 
	- MS Office və Outlook programlarını bilməlidir
 
	- SƏTƏM üzrə dövlət normativ tələblərini və Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələri bilməlidir
 
	- Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodlarını bilməlidir
 
	- İş yerlərində əmək şəraitinin öyrənilməsi metodlarını bilməlidir
 
	- Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimlərini bilməlidir
 
	- Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydalarını bilməlidir
 
Vakansiya haqqında
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.