Satınalma üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənin mallara olan tələbatının müəyyənləşdirilməsində iştirak etmək
  • Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda araşdırılması
  • Satınalma hesabatlarının hazırlanması və analiz edilməsi
  • Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün şirkətdaxili idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlığın təşkil edilməsi
  • Etibarlı satıcı və təchizatçılar bazasının yaradılması
  • Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi
  • Satınalmanın daxili prosedura uyğun təşkili
  • Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFİ) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması kimi proseslərin ardıcıl icrası
  • Satınalma və tender prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reysterin hazırlanması

Tələb:

  • Ali təhsil 
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dili (İngilis və Rus dilləri üzrə biliklər arzu olunandır)
  • MS office (yaxşı səviyyədə)

Əlavə tələb:

  • İşində məsuliyyətli olması
  • Analitik düşünmə bacarığının olması
  • Qərar qəbul etmə bacarığının olması

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş yeri : Bakı şəhəri, Binəqədi ray., Sulutəpə qəsəbəsi, Pepsi anbarı
  • Tibbi sığorta
  • Nahar
  • Korporativ nömrə
  • Peşəkar təlimçi tərəfindən təlimlər

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Satınalma üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.

Email:  [email protected]

 

İşəgötürənin reytinqi