Rəqəmsal Marketinq Mütəxəssisi

  • Golden Pay
  • Elanın qoyulma tarixi: 06.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

  • Hesabat verir: Marketinq komandasının rəhbəri
  • İş Qrafiki: 1-5 günlər, 9:00-18:00
  • Əmək haqqı: 600+ (müsahibədən asılı olaraq)
  • Müqavilə müddəti: 3 ay sınaq müddəti ilə 1 illik bağlanır.

Əsas Vəzifə və Öhdəliklər:

  • ​​​​​Təşkilatın brend idealları və vebsayt/SM səhifələri ilə tanış olmaq və onun məqsədlərini və kimliyini dəstəkləyən məzmun yaratmaq;
  • Məzmun və post yaradılması üzrə fəaliyyəti;
  • Rəqəmsal media kanallarında istifadəçi sorğu və suallarına cavab vermək;
  • Şirkətin rəqəmsal kanalları üçün gündəlik məzmunu təşkil etmək, redaktə etmək, dərc etmək və paylaşmaq;
  • Bütün növ marketinq fəaliyyətləri (Yeni məhsullar, Kampaniyalar, Press-relizlər və s.) üçün məzmunun yaradılması;
  • Şirkətin kommunikasiya kanalları üçün (e-poçt, SMS, Push bildirişləri və s.) məqsədyönlü məzmun istehsalında iştirak;
  • Veb məzmunu yaratmaq və zamanla onun effektivliyini izləmək üçün marketinq və məhsul komandası ilə əməkdaşlıq;
  • İl ərzində məzmunun yaradılması və çatdırılmasının bütün aspektlərini planlaşdıran məzmun marketinqi təqviminin tərtib edilməsi və ona ilboyu riayət edilməsi;
  • Bazarda mövcud ən yaxşı təcrübələrdən xəbərdar olmaq və rəqiblərin vebsaytlarını nəzərdən keçirmək, onların fəaliyyətlərini şirkətin fəaliyyəti ilə müqayisə etmək;
  • Brendin rəqəmsal media fəaliyyəti barəsində müvafiq olaraq hesabatların, təqdimatların hazırlaması və rəhbərliyə təqdim edilməsi;

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat,biznes, marketinq və s.);
  • Komandada işləmə bacarığı;
  • Marketinq sahəsi üzrə minimum 1 il iş təcrübəsi
  • Azərbaycan və rus dillərini səlis bilmək. İngilis dili biliyi üstünlükdür
  • Microsoft Office proqramlarından istifadə edə bilmək

Müraciətlər Ünvanlanmalıdır:

İnsan Resursları üzrə Menecer:Poladova Nərminə Ələnur qızı - [email protected][email protected]

İşəgötürənin reytinqi