Maliyyə üzrə təcrübəçi

  • Agrarco
  • Elanın qoyulma tarixi: 05.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali iqtisadi təhsil;
  • Dil bilikləri: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, ingilis dilinin olması arzu olunandır;
  • Kompüter bilikləri: Ofis proqramları ilə, xüsusilə də MS Excel ilə yaxşı səviyyədə işləmə bacarığı;
  • Bacarıqlar: Riyazi biliklər və məntiqi təfəkkür, məsuliyyət, komandada işləmə bacarığı.

Vəzifə öhdəlikləri: 

  • Debitor və kreditorlar üzrə qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Müştəri borcları ilə bağlı lazımi analizlərin aparılması;
  • Mühasibatlıq sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada arxivləşdirilməsi;
  • Baş mühasib tərəfindən təyin edilmiş digər tapşırıqların yerinə yetirilməsi.

İş şərtləri:

  • İş saatları: 10:00 -16:00
  • Nahar fasiləsi: 13:00 -14:00
  • istirahət günü: Şənbə və bazar

Müddət: 3 ay

Əmək haqqı: Ödənişsizdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maliyyə üzrə təcrübəçi" yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İş yeri: Port Baku, Mərkəz ofis 

Email: [email protected]