İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Xarici  və daxili bütün əməkdaşlıq əlaqələrinin qurulması;
 
	- İşə uyğun xarici və daxili bazarı araşdırmaq, arasından seçim etmək və əsas iş əlaqə bazasını daim yeniləmək;
 
	- Xarici və daxili əməkdaşlar ilə işgüzar yazışma və danışıqların aparılması;
 
	- Əməkdaşlıq qurulan şirkət və müəssisələrdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılaraq rəhbərliyə təqdim edilməsi;
 
	- Gömrük işləri ilə bağlı sənədləşmə işləri;
 
	- Əməkdaşlıq təklifi ilə bağlı tələb olunan sənədləşmə işlərinin aparılması;
 
	- Əməkdaşlıq ilə bağlı hesabat, təqdimat və digər zəruri sənədlərin hazırlanması.
 
	- Tender sənədlərinin hazırlanması, sistemə işlənilməsi.
 
Tələblər:
	- Təhsil : Ali təhsil (Beynəlxalq münasibətlər, Politologiya, İnzibati idarəetmə, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarəedilməsi və əlaqədar digər ixtisaslar); 
 
	- İş qrafiki: həftənin 5 iş günü, saat 09:00-dan 18:00-dək
 
	- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq müsahibə əsasında təyin olunacaq
 
	- Qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirmə.
 
	- Yaş – 26-36
 
	- Dil bilikləri: Rus dili (C2), İngilis dili (C2)
 
	- İT üzrə biliklər: Ms. Office/ Ms.Word,Excell
 
	- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə bacarığı
 
	- İşgüzar və hədəf yönlü
 
	- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
 
	- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı
 
	- Kollektiv ilə işləmə bacarığı.
 
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər öz CV formasını [email protected] elektron poçt ünvanına göndərə bilərlər. (Elektron məktubun mövzu hissəsində “ Təchizat və logistika üzrə mütəxəssis” sözləri qeyd edilməlidir)
Tərəfimizdən yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq