Satınalma üzrə mütəxəssis

  • Zəhmət-Ruzi MMC
  • Elanın qoyulma tarixi: 03.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Hesabatların hazırlanması və analiz olunması.

Tələblər:

  • Ali təhsil;
  • Yaş həddi: 25-38
  • 1C 8.3 yaxşı səviyyədə;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Səlis azərbaycan dili, rus və ingilis dili biliyi arzu olunandır;
  • İT avadanlıqlar və xidmətlər haqqında məlumatlı olmaq;
  • Microsoft Office (Word, Excell, Outlook) proqramlarında yüksək səviyyədə çalışma bacarığı;
  • Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər);
  • Gömrük rəsmiləşdirilməsi və zəruri əməliyyatlar barədə məlumatlı olmaq;

İş şəraiti:

  • Ofis Xırdalan şəhərində yerləşir  
  • İş günləri: I-VI günlər;
  • İş saatı: 09:00-18:00;
  • Əmək haqqı: 1200-1500 azn

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Satınalma” qeyd etməklə göndərə bilərlər.

Telefon: (012) 349-57-67

Email: [email protected]  

İşəgötürənin reytinqi