Maliyyə Nəzarətçisi

  • Zəhmət-Ruzi MMC
  • Elanın qoyulma tarixi: 04.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri

İş təcrübəsi: Analoji sahədə ən azı 1 il;

Təhsil: Ali (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Statistika, Tətbiqi Riyaziyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə)  

İşin təsviri:

  • Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
  • Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
  • Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
  • Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılmasına daimi nəzarət;
  • Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq. 
  • Anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq. 
  • Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək. 
  • Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
  • Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
  • Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası

Bilik və Bacarıqlar:

  • Analitik və strateji baxış bacarıqları
  • Yüksək səviyyədə 1C proqramı və MS Excel bilikləri
  • Məsuliyyətli və detallara müstəsna diqqət yetirmə bacarığı
  • İngilis dili biliyi

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Mobil nömrə və danışıq limiti.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maliyyə Nəzarətçisi” yazmaqla CV göndərərək müraciət edilir.

İşəgötürənin reytinqi