Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 02.06.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Şirkətin əsas müştəri hədəfi kiçik və orta sahibkarlar o cümlədən az təminatlı insanlar qrupu olduğundan təqdim etdiyi məhsullar da bu təbəqə üçün uyğunlaşdırılmışdır.
Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir. “Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikro-lizinq məhsulları təqdim edən lizinq şirkətidir.
Hal-hazırda “Qafqaz Lizinq” ASC Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Şirkətin fəaliyyəti nəticəsində üzləşdiyi bütün spesifik risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və risklərin minimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Bütün növ risklərinin idarə edilməsi sahəsində ümumi fəaliyyətin təşkilinin təmin və təhlil edilməsi;
• Lizinq portfeli üzrə monitorinqlərin həyata keçirilməsinin planlaşdırılması və bu plana uyğun və ya növbədənkənar monitorinqlərin həyata keçirilməsi;
• Şirkətdaxili qaydalarda və təlimatlarda risk sahəsinə aid olan bütün tələblərin yerinə yetirilməsini təşkil edilməsi və onların icrasına nəzarət;
• Müvafiq hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Risklərin idarə edilməsi və kredit sahəsində ən azı 2 (iki) il iş təcrübəsi;
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək bacarığı;
• Azərbaycan dillərində sərbəst danışmaq bacarığı. İngilis və Rus dillərini bilənlərə üstünlük veriləcək;
• Analitik mühakimə etmək qabiliyyəti;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Əmək haqqı: 1000 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini 14 iyun 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi) qeyd etməklə göndərmələri xahiş olunur.

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.