Event assistant

  • Booo.az
  • Elanın qoyulma tarixi: 31.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş tələbləri:

Dəyərli yeni komanda yoldaşımız, bizim işimiz komandaların dərdinə əyləncə ilə dərman ola bilməkdir. Özümüz əylənməyi bacarmasaq bu işi edə bilmərik. Ona görə əylənməyi bacarmalısan. Kommunikasiya və adaptasiya bacarıqların da öz yerində! ☺ 

Hə, təbii ki, başqa istədiklərimiz də var. Məsələn ali təhsil istəyirik ki, diplomu çərçivələdib divardan asaq. Powerpoint, Excel, Wordu CV-də yazılandan daha “yaxşı” bilməyini istəyirik. Event sahəsində təcrübən olsa nə gözəl, ancaq layihə idarə edilməsi üzrə 1 illik təcrübəni istəyirik. 

“Google”u özünə doğma bilən, “ləb” deyəndə ləbləbini, “mus” deməmiş Mustafanı anlayan yeni bir dosta ehtiyacımız var. 

DİQQƏT!!!

İşimiz əyləncədir amma əyləncəni təşkil etməyin də öz çətinliyi var. Necə deyərlər “biraz diri oynamaq” lazımdır. Problem varsa, onu necə dəf edəcəyimizi düşünüb əl üstünə əl qoyasan gərək.

Görüləcək işlər:

  • Müştəri şirkətlərdən gələn sorğuların cavablandırılması;
  • Vendorlarla(təchizatçılarla) əlaqələrin qurulması;
  • Sorğu əsasında ehtiyaca görə ideyanın təklif edilməsi və onun tərtibi;
  • Tədbirin planlamasında iştirak;
  • Tədbirin təşkilində qonaqpərvərliyin  təmini ilə iştirak;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi.

 

İş şəraiti: 

  • Əmək münasibətlərinin rəsmiləşdirilməsi;
  • İş yeri: Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi;
  • Həftə ərzində 6 gün iş.

Müraciət üçün mövzu başlığı ilə birgə e-mail ünvanına CV göndərməyinizi xahiş edirik.

Qeyd: Rayonlara komanda olaraq səfərlər edildiyindən bu detal nəzərə alınmalıdır.

Email:  [email protected]

 

Booo.az tərəfindən digər vakansiyalar