İşin təsviri
İş barədə məlumat:
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan-18:00-dək
- İstirahət günləri: şənbə, bazar
- İş yeri Heydər Əliyev Hava Limanı
- Əmək haqqı: 1050AZN.
Namizədə tələblər:
- Dil bilikləri: azərbaycan, rus, ingilis
- İnsan resursları sahəsində təcrübə minimum 1 il;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət qrafikini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsini əmrləşdirmək və uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- İşçilərin icbari sığortalanmasının təmin edilməsi;
- ƏMAS platformasında işləmək bacarığı;
- Əmək kitabçalarının yazılması, dəyişikliklərin qeyd olunması, əmək kitabçalarının qeydiyyatı jurnallının yazılması;
- İşçilərlə bağlı aylıq hesabatların hazırlanması;
- İşə qəbul olunmuş şəxslərin əmək haqqı kartlarının sifariş olunması;
- 1C proqramında sənəd dövriyyəsinin təşkili;
- Şirkətdə sənəd, eləcə də elektron sənəd dövriyyəsinin qanunvericiliyin və şirkətdaxili təlimatların tələblərinə uyğun olaraq təşkilinin həyata keçirilməsi;
- Şirkətə daxil olan sənədlərin, daxili yazışmaların qeydiyyata alınmasını, 1C Sənəd dövriyyəsində aidiyyəti üzrə göndərilməsi, vaxtında icrasına səlahiyyətləri çərçivəsində nəzarəti və müəyyən olunmuş qaydada arxivləşdirilməsinin icra edilməsi;
- Xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və onların statistik hesabatlarının aparılmasının təşkil edilməsi;
- Arxiv işinin təşkili və idarə edilməsi;
- Aylıq tabellərin hazırlanması;
- Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;
CV namizədin şəxsi elektron poçtundan göndərilməlidir. Təqdim edilmiş CV-də müəyyən edilmiş hər hansı uyğunsuzluq bu namizədin müsabiqədə iştirak etməkdən imtinasına səbəb olacaqdır.
Zəhmət olmasa, tələblərimizə cavab verməyən CV-ləri bizə göndərməyin!
Ünvanımıza gələn CV axınının çox olması səbəbindən onlara tez baxılması üçün sizdən xahiş edirik ki, namizədin imici haqqında məlumat əldə etmək üçün CV-nizi Azərbaycan və ya rus dilində, yüksək keyfiyyətli şəkillə göndərəsiniz!
Email: [email protected]