İşin təsviri
                
                
                                
                Vəzifə və öhdəliklər:
	- Şirkətin fəaliyyətinin hüquqi təminatı üçün hüquqi ekspertiza üzrə funksiyaların icra edilməsi işini təşkil etmək;
 
	- Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması işini təşkil etmək
 
	- Müqavilə layihələrinin hazırlanması, daxil olan sənədlərin və rəsmi sorğuların hüquqi ekspertizasının aparılması işini təşkil etmək
 
	- Agent müqavilələrinin layihələrinin hazırlanması və qeyd olunan sənədlərin reyestrinin aparılması və agentlər üzrə tələb olunan sənədlərin toplanması işini təşkil etmək;
 
	- Daxil olan sorğulara əsasən qanunvericilik aktları və onlara əlavə və dəyişikliklərin şirkət əməkdaşlarına göndərilməsinin təmin edilməsi;
 
	- Qanunvericiliklə müəyyən olunmuş qaydada etibarnamə əsasında məhkəmələrdə və digər hüquq mühafizə orqanlarında Paşa Sığorta ASC-nin mənafeyinin müdafiə edilməsini, bununla əlaqədar prosessual sənədlərin hazırlanmasını təmin etmək
 
	- Müvafiq dövlət orqanlarına və digər şirkət və təşkilatlara sorğuların hazırlanması və göndərilməsi və onlardan cavabların qəbul edilməsi;
 
	- Sığorta fəaliyyətinin hüquqi təminatına dair digər dövlətlərin təcrübəsini öyrənilməsini təşkil edir və bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair təkliflər hazırlanmasını təşkil edir;
 
	- Özünün fəaliyyəti üzrə dövri hesabatların hazırlanması;
 
	- Şirkətin fəaliyyəti üzrə hazırkı təlimatda nəzərdə tutulmayan digər hüquqi tapşırıqların icra edilməsində iştirak etmək;
 
	- Şirkətin daxili proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak.
 
Biliklər:
	- Ali hüquqi təhsil;
 
	- Dil bilikləri: yazılı və şifahi Azərbaycan və İngilis dili, Rus dili arzuolunandır;
 
	- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;
 
	- Hüququn mülki, əmək sahələrini və sığorta qanunvericiliyini yaxşı bilmə, digər sahələrdə orta biliklər.
 
Təcrübə:
	- Bu sahədə 4 il iş təcrübəsi. Sığorta sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
 
Bacarıqlar:
	- Ünsiyyət qurmaq
 
	- Çətin şəraitdə işləmək
 
	- Komanda da işləmək
 
	- İdarəetmə və koordinasiya
 
	- Məsuliyyətlilik
 
Son müraciət tarixi: 30 aprel, 2023.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi göndərin. 
Email: [email protected]