Maliyyə şöbəsinin mütəxəssisi

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 01.06.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə şöbəsinin mütəxəssisi

Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Şirkətin əsas müştəri hədəfi kiçik və orta sahibkarlar o cümlədən az təminatlı insanlar qrupu olduğundan təqdim etdiyi məhsullar da bu təbəqə üçün uyğunlaşdırılmışdır.
Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir. “Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikro-lizinq məhsulları təqdim edən lizinq şirkətidir.

Hal-hazırda “Qafqaz Lizinq” ASC Maliyyə şöbəsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

Beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun mühasibat, maliyyə, vergi və idarəetmə uçotu sisteminin aparılması;

Dövri olaraq maliyyə və biznes göstəricilərinin təhlilinin hazırlanması;

Büdcənin icrasına nəzarət;

Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması;

Maliyyə risklərinin minimumlaşdırılması üçün təkliflərin verilməsi:

Tələb olunan keyfiyyətlər:

Ali təhsil (riyaziyyat, mühasibat və maliyyə arzuolunandır);

Maliyyə sahəsində 3-5 il iş təcrübəsi;

Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək bacarığı;

Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (İngilis dili bilənlərə üstünlük veriləcək); Beynəlxalq Maliyyə Standartları üzrə biliklər (İFRS);

Analitik mühakimə etmək qabiliyyəti;

Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Əmək haqqı:

Namizədin iş təcrübəsi və bacarıqlarından asılı olaraq 1000-1200 AZN (net)

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Maliyyə şöbəsinin mütəxəssisi) qeyd etməklə göndərmələri xahiş olunur. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.