İşin təsviri
İş barədə məlumat:
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, şirkətin xərclərinin minimuma endirilməsini təmin etmək. Bu məsələyə Satınlma üzrə menecerin və Satınalma şöbəsinin menecerinin köməkçisinin verdiyi təlimatlara əməl etmək
- Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılmasında köməklik etmək.
- Stınalma şöbəsinin Menecerinə və Satınalma şöbəsinin menecerinin köməkçisisnə şöbələrin material və qeyri material ehtiyatlarının istehlakı ilə bağlı nəzəzrdə tutulmayan və ya gözlənilməz xərclər haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək.
- Satınalma üzrə meneceri tərəfindən tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək. Bütün yazışmaları, danışıqları və təchizat prosesini şirkət üçün ən sərfəli olan yollarla aparmaq.
- Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər görmək.
- Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək.
- Yüksək keyfiyyətli məhsulları aşağı qiymətə almaq üçün şöbələrlə yaxın əməkdaşlıq və işbirliyi yaratmaq.
- Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək.
- Bütün satınalma sifariş formalarının müvafiq şəkildə imzalanması və təsdiq edilməsini təmin etmək.
Namizədə tələblər:
- Təhsil: Müvafiq və ya bənzər sahə üzrə Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili əla, rus dili arzuolunandır
- İT biliklər: Ofis programları
- İş təcrübə: müvafiq sahə üzrə minimum -1il , agro və kənd təsərrüfatı üzrə təcrübə
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: 1200 net
Uyğun namizədlər CV-lərini [email protected] mail ünvanına göndərə bilər.