Rəqəmsal marketinq üzrə instruktor

  • Code Academy
  • Elanın qoyulma tarixi: 27.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Dərs prosesi başlamazdan əvvəl proqram rəhbəri ilə tədris proqramı haqqında müzakirə aparır, proqram ilə tanış olur, təkmilləşdirmə üzrə təkliflər verir;
  • Müstəqil şəkildə tədris proqramı çərçivəsində dərsi keyfiyyətli şəkildə təyin olunan tədris saatları çərçivəsində tədris edir;
  • Ev tapşırıqlarını təyin edir, qiymətləndirir, mentorla və ya müəllim köməkçisi ilə sıx işləyir;
  • Tələbə layihələrini təyin edir və məzun olma proseslərində proqram rəhbəri ilə birgə qərar verən tərəf kimi çıxış edir;
  • Dərslərdə tələbələri izləyir, dərsin yekununda “Davamiyyət” və “Aktivlik” hesabatına qeydlərin edilməsinə nəzarət edir, öz qeydləri ilə müqayisə edir və təsdiq edərək məlumat bazasına yerləşdirir;
  • Tələbələrin qazanmış olduqları qiymətlərin yekun hesabatda yer aldığından əmin olur və yaranmış sualları cavablandırır;
  • Tədris proqramına dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüslərlə gəlir, əsaslandırır, qərar vermə proseslərində dəstək göstərir;
  • Tədris proqramın yekununda fərdi və ya qrup tapşırıqlarını son icra tarixi ilə təyin edir, layihənin yekununda tələbənin proqramı bitirmə dərəcəsini təqdim edir və əsaslandırmaqla təsdiq edir;
  • Tələbələrin bütün sorğularını qəbul edir və cavablayır;
  • Sinfin idarə olunmasında yumşaq vərdişlərindən düzgün istifadə edir və sinifdə mehriban abu-hava yaradaraq dərsi idarə edir;
  • Akademiyanın dərs və sinif idarəedilməsi üzrə istifadə etdiyi platforma ilə tələbləri tanış edir, praktiki çalışmaları, ev tapşırıqları və yekun nəticələrini buraya yerləşdirir və tələbələrdən də bu platforma üzərindən tapşırıqları idarə etməsini təşkil edir;
  • Akademiyanın standartları çərçivəsində müsbət tələbə təcrübəsinin yaradılmasında birbaşa iştirak edir.

Tələblər:

  • Sahə üzrə müvafiq təhsil;
  • Sahə üzrə baş mütəxəssis olaraq 1-2 illik korporativ iş təcrübəsi;
  • Veb layihənin formalaşmasında iştirak;
  • E-commerce üzrə yüksək səviyyədə bilikli olmaq;
  • Xarici bazarla bağlı azı 6 aylıq iş təcrübəsi; 
  • Yüksək səviyyədə analitik bilik;
  • Excel üzrə yüksək səviyyədə bilikli olmaq (PİVOT, Power Query-də işləmək);
  • Akademik heyətin dəstəklənməsi və inzibati işlər üzrə kiçik təcrübə