İnşaat mühəndisi

İşin təsviri

İş yeri: Zəngilan, Cəbrayıl, Qubadlı

Vəzifə funksiyaları:

  • Layihələrin tikinti qaydalarına uyğun tərtib olunub-olunmamasına texniki rəy vermək;
  • Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
  • Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;
  • Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına texniki rəy vermək;
  • Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
  • Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
  • Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.);
  • Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
  • İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
  • Vahid hesabat sistemini təşkil etməklə icra edilən layihə üzrə qrafik, xərc və keyfiyyət göstəricilərini gündəlik mail vaistəsi ilə qeyd vermək

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Sahə üzrə minimum 5 illik iş təcrübəsi;
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
  • AutoCAD proqramını bilmək arzuolunandır;
  • MS Office proqramlarından yaxşı istifadə bacarığı;
  • Komandada işləmə bacarığı, təşkilatçılıq, çeviklik və məsuliyyətlilik bacarığı.

Müraciət etmə qaydaları:

Xahiş olunur CV-lərinizi 15 Aprel 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “İnşaat mühəndisi” qeyd etməklə göndərəsiniz.

Email: [email protected]

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Şərqi Zəngəzur İqtisadi Rayonunda "1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs tərəfindən digər vakansiyalar