Hüquqşünas

İşin təsviri

Öhdəliklər:

  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
  • Qanunvericilik layihələrinin hazırlanması və bununla bağlı müvafiq qurumlarla işlərin aparılması;
  • Daxili idarəetmə prosedurlarının hazırlanmasında iştirak etmək onların, hüquqi ekspertizasını təmin etmək;
  • Xidmətin struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilməsi;
  • Xidmətin fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;
  • Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması.

Tələblər:

  • Hüquq və ya beynəlxalq hüquq sahəsi üzrə bakalavr dərəcəsi;
  • Hüquq sahəsində minimum 2 il iş təcrübəsi (dövlət qurumlarında, habelə tikinti sahəsində iş təcrübəsinin olması arzuolunandır);
  • Dövlət satınalmaları sahəsində zəruri biliklərə sahib olmaq və prosedurları tətbiqini anlamaq;
  • İngilis və rus dillərinin bilməsi arzuolunandır;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü analitik və problem həll etmə bacarıqları;
  • Detallara diqqətlə yanaşmaq;
  • Təşəbbüskar olmaq.

Əmək şəraiti:

  • İş rejimi: 5 gün/ 09:00 – 18:00;
  • Əmək haqqı: 1034 AZN ildə 3 dəfə əmək haqqı miqdarında mükafat.

Müraciət etmə qaydaları:

Xahiş olunur CV-lərinizi 31 Avqust 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Hüquqşünas” qeyd etməklə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Şərqi Zəngəzur İqtisadi Rayonunda "1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs tərəfindən digər vakansiyalar