İnsan resursları üzrə mütəxəssis

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 15.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, ƏMAS portalına bildirişlərin daxil edilməsi;
  • Şəxsi işlərin qaydasında olmasını təmin etmək;
  • Əmək kitabçalarında qeydlər aparmaq;
  • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
  • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək:

Namizədə tələblər: 

  • İnsan resursları sahəsində 2 ildən artıq iş təcrübəsi;
  • Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Əmək Münasibətləri və Məşğulluq altsistemi ilə (əmas, e-sosial) işləmə bacarığı;
  • MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında, 1С (8.3) proqramında sərbəst işləmə bacarığı;
  • Operativ və düzgün qərar vermək, problemləri həll etmə bacarığı;
  • Analitik düşünmə tərzi, təqdimat bacarığı:

Əmək haqqı: 600-800 AZN

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan resursları üzrə mütəxəssis” Mövzu bölməsində göstərin.

Email: [email protected]  

İşəgötürənin reytinqi